DÜNYA

13 İyul
107

Zelenski Poroşenkonun Lüstrasiyasını təklif edib

Ukraynanın sabiq prezidenti tərəfindən imzalanan “Hakimiyyətin təmizlənməsi haqqında” qanun onun özünə qarşı istifadə edilə bilər. Fins.az-ın məlumatına görə, Zelenski Ali Rada seçkilərinə 10 gün qalmış bu məsələ ilə bağlı bəyanat verib.

Ukrayna prezidenti Vladimir Zelenski 2014-cü ildən hakimiyyətdə olan ölkənin ali rəhbərliyinin lüstrasiyasının zəruri olduğunu bildirib. Videomüraciət Zelenskinin “Facebook” səhifəsində yerləşdirilib.

O, lüstrasiya haqqında qanunun 23 fevral 2014-cü ildən 19 may 2019-cu ilədək hakimiyyətdə olan prezident, deputat, nazir və başqa məmurlara kimi genişləndirilməsi üzrə qanun layihəsi təklif edib.

Müəllif:Aynur Qəniyeva