DÜNYA

Avropa İttifaqında İranla bağlı "Planlı görüş"
12 İYUL
87

Avropa İttifaqında İranla bağlı "Planlı görüş"

2019-07-12 14:45:00

Avropa İttifaqının 28 üzv ölkəsinin xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək. Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqı nümayəndəsi öz açıqlamasında məlumat verib. Məlumatda bildirilir ki,  Görüş zamanı İran ətrafında və Körfəzdə gərginliyi azaltmaq, eləcə də İranın nüvə proqramına dair Müştərək Əhatəli Planla bağlı müzakirələr aparılacaq. O, iclas iştirakçılarının tərəfləri “maksimum təmkinli olmağa” çağıracaqlarını deyib: “İranın Müştərək Əhatəli Planı tam yerinə yetirməyə qayıdacağını gözləyirik. Həmçinin ABŞ-ın İrana qarşı sanksiyalarına təəssüf edirik”.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027