DÜNYA

Ayın əsas çıxışı- Bazarlar FED - dən nə gözləyir
12 İYUL
185

Ayın əsas çıxışı- Bazarlar FED - dən nə gözləyir

2019-07-12 05:58:00

10 və 11 iyul tarixlərində Federal Ehtiyatlar Sisteminin rəhbəri Jerome Pauell konqresdə çıxış edəcək. Fins.az-ın məlumatına görə, onun konqresdəki məruzəsi bankları,investorları və treyderləri narahat edən əsas suala cavab vermək olacaq: FES faiz dərəcəsini endirəcəkmi? 

Hal hazırda Ştatlarda faiz dərəcəsi 2.5% həddindədir. Keçən ayda bazarla əmin idilərki, iqtisadiyyatı stimullaşdırmaq üçün, FES faiz dərəcəsini 0.5% azaldacaq. ABŞ prezidenti dəfələrlə bu haqda öz fikrinidə bildirmişdi ( Twitterdə statuslara baxa bilərisniz ).

Buna baxmayaraq son günlərdə investorlar FES - in bu addımına şübhə ilə yanaşmağa başlayıblar. Analitiklər öz rəylərində, dərəcəni ya 0.25% endirəcəklər və ya heç bir dəyişiklik olmayacaq mövqeyindən çıxış edirlər. Demək olar ki, 50/50. 

Bu gün FES - in iyun iclasının protokolu açıqlanacaq, hansındaki, ABŞ - ın gələcək monetar siyasətinin nə olacağını bəlli edə bilər. 

Ekspertlərin fikirləri 

Danske Bank analitiki Ayra Mir - “Əsas sual kimi hələdə FES - in faiz dərəcəsini nə vaxt və neçə punkt endirəcəyidir. Əmək bazarında çıxan güclü göstəricidən sonra FES iqtisasdiyyata stimulun ehtiyac olmadığı fikrinə düşə bilər və buda bazarlarda qeyri müəyyənlik yaradır. FES - in protokolu faizin nə zaman və nə qədər azaldılacağı ilə bağlı suallara aydınlıq gətirəcək. Biz iyul ayında özünü “siğortalamaq” üçün faizi 0.25% və sentyabr, oktyabr ayında yenidən 0.75% eniş olacağını gözləyirik”.

Reuters - “Hadisələr faizin 0.25% endiriləcəyini göstərir. Faiz iqtisadi artımdan əlavə inflyasiya ilədə bağlılığı var. Bildiyiniz kimi inflyasiya gözlənilən səviyyədən aşağıdadır.” 

Societe Generale Klaus Baader - “ ABŞ iqtisadiyyatının artım sürətinin azalması qeyd olunur. G20 sammitindən sonra ticarət risklərinin bir az azalmasıda onların qərarına təsir edəcək. Çıxışında Pauell iqtisadiyyat, monetar siyasət və siyasət haqda analizlərindən danışacaq. İyun ayında Pauell kredit - pul siyasətində baxışlarını “yumuşaltsada” biz , o vaxtdan onun fikrinə təsir edəcək çox dəyişiklər olub” deyə analitik bildirib. 

Bazarlarda nə baş verir

Amerikan indeksləri son ticarət sessiyalarını neytral olaraq bağlayırlar. Dow Jones İndustrial Average 1% itirsədə, SnP500 “blue chips” səhmləri bir o qədərdə dəyər qazanıb. 

Asiya indeksləridə bilinməməzlik mövqeyində qalıblar. Çin öz istehlak indeksinin 2.7% artması haqda hesabat vermişdir. Analtiklər Çinin iqtisadiyyatının zəif mövqedən yenidən artacağını gözləyirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır