DÜNYA

“Gazprom”un ixrac gəlirləri barədə kritik açıqlama
11 İYUL
229

“Gazprom”un ixrac gəlirləri barədə kritik açıqlama

2019-07-11 16:54:00

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin təbii qaz ixracı üzrə əldə etdiyi gəlirlər ilin ikinci rübündə 38 faiz azalıb. Fins.az "RBC"-ya istinadla xəbər verir ki, ikinci rübdə “Gazprom”un təbii qaz ixracı üzrə gəlirləri 9 milyard dollar təşkil edib. İlk rübdə isə bu göstərici 14 milyard dollar idi.

Xatırladaq ki, ötən ilin ilk 2 rübündə şirkətin ixrac gəlirləri müvafiq olaraq 12,7 və 11 milyard dollar təşkil etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır