DÜNYA

Trampın Çinə jesti ilə bağlı Ağ Evdən - Açıqlama
10 İYUL
127

Trampın Çinə jesti ilə bağlı Ağ Evdən - Açıqlama

2019-07-10 20:51:00

ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin “Huavey” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.

Fins.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib.

Lakin “Huavey” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq.

Birləşmiş Ştatların prezident administrasiyası güzəştlərin nə qədər davam edəcəyi barədə məlumat verməyərək, ABŞ-ın Çinlə danışıqlarda irəliləyişə nail olunmasa, “Huavey” kompaniyasına qarşı mövqeyini yenidən sərtləşdirə biləcəyinə işarə edib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huavey” kompaniyasını qara siyahıya salıb.

İki həftə öncə ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Szinpin arasında Osakada keçirilən görüşdə "Huavey"lə bağlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271