DÜNYA

Bitcoin-nin qiyməti nə qədər bahalaşacaq ?
10 İYUL
91

Bitcoin-nin qiyməti nə qədər bahalaşacaq ?

2019-07-10 14:05:00

Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, iyulun 9-u “Bitcoin”-in qiyməti 12700 dollara qədər bahalaşıb . Sonuncu dəfə belə yüksək göstərici iyun ayının sonunda müşahidə edilib. İndi əsas rəqəmsal əskinasın dəyəri 13000-13200 dollar istiqamətinə doğru hərəkət edəcək. 

Ötən gün kriptovalyutanın 11500 dolları uğurla keçdiyini və 12000 dollara çatdığını xatırladıb. Hazırda 12500 dollarlıq zona dəstək funksiyasını yerinə yetirir, yaxın gələcəkdə aktivin dəyəri aşağı düşməməlidir.  Mütəxəsislərin fikrincə gələcək artım üçün kriptovalyutanın 12800 dollarlıq səviyyəni aşacaq. Yalnız belə olduğu təqdirdə, 13000 dollardan yuxarı qalxa bilər. Növbəti mühüm səviyyə 13200 dollar olacaq. Cindalın sözlərinə görə, yaxın gələcəkdə “Bitcoin”-in bahalaşmaq üçün yüksək şansı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271