DÜNYA

Çinin inflyasiya göstəriciləri açıqlandı
10 İYUL
83

Çinin inflyasiya göstəriciləri açıqlandı

2019-07-10 10:38:00

Çində İyun ayında inflyasiya gözləntilərə paralel olaraq 2.7% səviyyəsində olub. Çinin Milli Statistika Bürosu tərəfindən açıqlanan məlumatlara görə, istehlakçı qiymətləri İyun ayında əvvəlki ay ilə eyni səviyyədə – 2.7% artıb.

İnflyasiya ötən ilin İyun ayında 1.9% səviyyəsində baş vermişdi. Qida və enerji  qiymətləri xaric baza inflyasiya isə 1.6% səviyyəsində qalıb. Ərzaq qiymətləri 8.3% artım ilə, 2012-ci ildən bu yana ən sürətli tempdə yüksəlib. Çində istehsalçı qiymətləri isə az qala üç ilin ən aşağısına geriləyərək, əvvəlki ilin eyni ayı ilə müqayisədə sıfır səviyyəsində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271