DÜNYA

FED rəsmisindən fazilərin endirilməsi ilə bağlı AÇIQLAMA
10 İYUL
103

FED rəsmisindən fazilərin endirilməsi ilə bağlı AÇIQLAMA

2019-07-10 10:07:00

ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin sədri Patrick Harker "Wall Street Journal"a verdiyi müsahibəsində, "Faizləri dəyişdirmək üçün bir səbəb yoxdur" deyib. O, faizlərin sabit saxlanılmasının tərəfdarı olduğunu bildirib. Fins.az xəbər verir ki, Harker, "ABŞ iqtisadiyyatı güclü olmağa davam edir və hələ də çox güclü bir əmək bazarı var. Əgər iqtisadiyyatın davamlı şəkildə zəiflədiyinə inansam faiz endiriminə qoşulacağam, ancaq mənim fikirimcə bu nöqtədə faizləri hər iki istiqamətdə dəyişdirməyə ehtiyac yoxdur",- deyib.

Harker, FED-in 19-20 İyun tarixli iclasından əvvəl "Hazırda faiz dərəcələrinin aşağı salınmasını düzgün hesab etmirəm. Faiz dərəcələrində dəyişiklik etmək üçün tələsməyə  ehtiyac yoxdur. Bir müddət gözləməli və işlərin necə inkişaf etdiyini görməliyik" ifadəsini istifadə etmişdi.FED isə faizlərdə dəyişikliyə getməyərək, 2.25  - 2.50 faiz aralığında sabit saxlamışdı.

Harker-in Federal Açıq Bazar Komitəsinin  iclaslarında bu il səsvermə hüququ yoxdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271