DÜNYA

Dünyanın ən zəngin insanlarından biri dünyasını dəyişdi
10 İYUL
113

Dünyanın ən zəngin insanlarından biri dünyasını dəyişdi

2019-07-10 09:33:00

Biznesmen Ros Pero 89 yaşında dünyasını dəyişib. Fins.az-ınn “CNN”ə istinadən məlumatına görə, milyarder  bir neçə ay idi ki, leykemiyə xəstəliyi ilə mübarizə aparırdı.

Pero “Electronic Data Systems” kompaniyasının təsisçisi idi. O, həmin şirkəti 1985-ci ildə “General Motors”a satmışdı. 3 il sonra biznesmen “Perot Systems” şirkətini yaratmışdı. Bu dəfə isə onun kompaniyasını “Dell” almışdı.

Pero 2019-cu ilin ən zəngin adamları reytinqində 478-ci yeri tuturdu. Onun sərvəti 4,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027