DÜNYA

İran, Liviya və Venesuela yenə də “OPEC+”dən kənarda qaldı
02 İYUL
75

İran, Liviya və Venesuela yenə də “OPEC+”dən kənarda qaldı

2019-07-02 10:49:00
Neft hasilatının azadılması üzrə “OPEC+” sazişinin müddətinin uzadılmasında İrana yenə istisnalar tətbiq edilib.
Fins.az xəbər verir ki, İranın neft naziri Bijən Zəngənə jurnalistlərə açıqlamasında bunu təsdiqləyib.
“Bəli, əvvəlki kimi”, - o deyib.
Nazir istisnaların, həmçinin Liviya və Venesuelaya da aid olduğunu təsdiqləyib. 
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin 9 ay uzadılması barədə qərar qəbul edilib.
“OPEC+” üzrə növbəti görüş bu il dekabrın 5-də Vyanada keçiriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027