DÜNYA

Avropanın bir sıra qurumlarının rəhbər vəzifələrinə seçkilər baş tutmayıb
02 İYUL
67

Avropanın bir sıra qurumlarının rəhbər vəzifələrinə seçkilər baş tutmayıb

2019-07-02 10:07:00

Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Mərkəzi Bankı və digər qurumların rəhbər vəzifələrinə seçkilər baş tutmayıb. 

Fkins.az Report-a istinadən əbər verir ki, iki həftədir Brüsseldə davam edən müzakirələr Avropa İttifaqına üzv dövlətlər arasında kəskin fikir ayrılıqları səbəbindən nəticəsiz qalıb.  

Belə ki, Avropa Komissiyasının prezidenti vəzifəsinə irəli sürülən hollandiyalı siyasətçi Frans Timmermans və Avropa Parlamentinin prezidenti vəzifəsinə irəli sürülən almaniyalı siyasətçi Manfred Veberin namizədlikləri ciddi müzakirələrə səbəb olub. Şərqi Avropa dövlətləri Avropa Komissiyasının vitse-prezidenti olan Frans Timmermansın namizədliyini kəskin etirazlarla qarşılayıblar. Buna səbəb onun vaxtilə Polşa və Macarıstanı hüquqi dövlətə zidd əməllərdə günahlandırmasıdır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027