DÜNYA

02 İyul
104

İran əvvəlki kimi OPEC+ sazişində iştirak etməyəcək

İran əvvəlki kimi OPEC+ sazişində iştirak etməyəcək.

Bildirilir ki, İran OPEC+ sazişi çərçivəsində neft hasilatı ixtisarının uzadılması üzrə OPEC-in razılaşmasını istisna edib. İranın neft naziri Bijan Zanqaneni jurnalistlərə açıqlamasında bunu təsdiqləyib. "Bəli, əvvəlki kimi ", - o deyib.

Nazir istisnaların həmçinin Liviya və Venesuelaya da aid olub-olmaması barədə suala "bəli, mən belə düşünürəm", - cavabını verib.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında qərara alınmış neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 9 ay uzadılıb.

© Report