DÜNYA

Trampdan "Huawei"-lə bağlı yeni qərar
02 İYUL
146

Trampdan "Huawei"-lə bağlı yeni qərar

2019-07-02 09:57:00

G20 ölkə rəhbərlərinin Yaponiyada keçirilmiş zirvə toplantısı zamanı Çində istehsal edilən "Huawei" mobil telefon istifadəçilərinin maraqla izlədikləri bir məsələyə aydınlıq gətirilib. Fins.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Çinin dövlət rəhbəri Si Cinpin ilə görüşündən sonra iki ölkənin ticarət və əlavə gömrük vergilərinin tətbiqi ilə bağlı problemlərin həlli üçün yenidən müzakirələrə qayıdacağını bəyan edib. D.Tramp bundan sonra öz ölkəsinin Çinə qarşı əlavə gömrük vergiləri tətbiq etməyəcəyini bildirib. ABŞ Prezidenti əlavə gömrük vergiləri fonunda yaranmış "ticarət müharibəsi"ndə Çin ilə əldə etdikləri "atəşkəs" çərçivəsində Amerika şirkətlərinin "Huawei"ə proqram təminatı satılmasına qoyulmuş məhdudiyyətin də yumşaldılacağını bildirib. O, bunun tam şəkildə necə həyata keçiriləcəyinə hələlik qərar vermədiyini, lakin yaxın günlərdə bu istiqamətdə yol xəritəsi qəbul ediləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027