DÜNYA

Amerikanın iqtisadi sanksiyaları məqsədinə çatır?
01 İYUL
147

Amerikanın iqtisadi sanksiyaları məqsədinə çatır?

2019-07-01 15:30:00

 Bu yaxınlarda raket zərbəsindən imtina edən Donald Tramp (Donald Trump) Tehrana qarşı sanksiyaların sərtləşdiriləcəyini elan edib. Fins.az-ın məlumatına görə, Sanksiyaların təsir gücü zamanla zəifləyir. Bu tədbirlərin hədəfinə çevrilən ölkə tədricən daxili bazara yönəlmiş iqtisadiyyata uyğunlaşır. Bunu da Şimali Koreya və ya Kuba nümunəsində görmək olar. Onlar İranın ABŞ-ın nifrət predmetinə çevrilən, nöqtəvi sanksiyalara məruz qalan İslam İnqilabı Keşikçiləri Korpusunun təsirini artırdığı kimi gizli iqtisadi sxemləri inkişaf etdirə bilərlər

Sanksiyalara məruz qalan ölkələr nəticə etibarilə başqa ticarət tərəfdaşlarına müraciət edə bilər. Məsələn, 2015-ci ildən ABŞ ilə Avropanın sanksiyalarına məruz qalan Rusiya cavabında “idxal əvəzləmə” proqramı həyata keçirərək, maliyyə dəstəyi üçün Çinə müraciət edib.

 İddialarına əsasən sanksiyalar qısamüddətli perspektivdə iqtisadi vəziyyəti korlasa da, Rusiyanı öz iqtisadiyyatını dəyişikliklərə adaptasiya etməyə məcbur edib.Xüsusilə kənd təsərrüfatını. Bu baxımdan sanksiyaların Moskvaya faydası toxuna bilər Çox vaxt effektli olmaq üçün bu tədbirlər bu və ya başqa məqamda bütün gücü ilə hədəfə alınan ölkənin iqtisadiyyatına təzyiq göstərir. İranla da eyni hal yaşanıb. Hərçənd Amerikanın “ağıllı sanksiyaları” İran liderlərini hədəf alsa da, Vaşinqton eyni zamanda iqtisadiyyatın zəifləməsinə və ölkə büdcəsinin əsasını təşkil edən neft ixracına mane olan hərtərəfli sanksiya paketi qəbul edib”.

Çox vaxt konkret nəticə əldə etməkdən daha çox reaksiya vermək zərurəti, öz gücünü nümayiş etdirmək istəyi sanksiyaların həyata keçirilməsinə səbəb olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027