DÜNYA

Poçtalyonlar dünya iqtisadiyyatından şikayət edir - FedEx və onların iqtisadi gözləntilər
01 İYUL
67

Poçtalyonlar dünya iqtisadiyyatından şikayət edir - FedEx və onların iqtisadi gözləntilər

2019-07-01 14:39:00

 Fins.az-ın məlumatına görə, FEdEx dünya iqtisadiyyatında yarana biləcək problemlər haqda xəbərdarlıq edib. FedEx - dünyaca məşhur çatdırılma şirkətidir. Hal hazırda şirkətlər arasında FedEx “bəd” xəbərləri çatdıran kimi çıxış edir. Beləki onlar dünya iqtisadiyyatından asılı olan şirkətlərin biznes fəaliyyətində çətinliklərin yarana biləcəyindən ehtiyat edir.

Şirkət 4 - cü kvartal hesabatında son 5 ildə ilk dəfə bir səhmə görə illik gəliriin azalması proqnozunu verib. Son maliyə ili üçün bir səhmə görə gəlir 5% azalacaq yəni 15,52 dollar olacağı barədə şirkət məlumat verib. Analitiklər 2020 - ci il üçün şirkətin gəlirini 16,15 dollar proqnoz etmişdilər. Bundan əlavə şirkət son 2 kvartalda öz gəlirinin azalması proqnozunu vermişdi.

Maliyyə direktoru Alan Qraf : "Bizim 2020 - ci il üçün gəlirlərimizin azalmasına səbəb dünya ticarəti və istehsalatında zəiflik müşahidə olunmasıdır. Əsasəndə FedEx Express - in gəlirlərinə"

Ancaq bu proqnoz fonunda fərqli ehtimalların olmasıda şirkətin köməyinə gəlməyə bilər. Şirkət ABŞ iqtisadiyyatından azda olsa artım, dünya iqtisadiyyatındakı vəziyyətin stabilləşməsi və ticarət frontunda heç bir problemin olmamasını proqnoz etdiyi halda öz gəlirlərinin azalmasını proqnoz edir. Əgər neqativ hadisələr baş verərsə o zaman şirkət gəlirləri proqnozdan aşağı ola bilər.

FedEx şirkətinin mənfəət/zərər hesabatı digər şirkətlərdən 1 ay əvvəl olması fond bazarlarının hər zaman diqqətini çəkir. Çatdırılma şirkətinin gəlirlərinin bir başa digər şirkətlərin rifahından asılı olması və onların gəlirlərinin azalması digər şirkətlərində satışlarının zəifləməsi mənasına gəlir. Bir növ qabaqlayıcı iqtisadi barometr. Qısası şirkət investisiya və ticarətdə problemlərin olmasını bildirir və  çatdırılma şirkətləri dünya iqtisadiyyatının “hadisə yerinə gələn ilk yanğın söndürənləridir”.

Investorlar şirkətin neqativ proqnozlarına ciddi yanaşaraq şirkətin səhmlərini 2018 - ci ilin maksimumundan yəni, 275 dollardan - 160 dollara qədər ( -40% enişlə ) həddinə qədər enməsinə səbəb olublar. Son 3 aydan səhmlər 9% civarında dəyər itirsələrdə bençmark SnP 500 3% çox dəyər qazanmışdır.

Şirkət bir neçə cəbhədə vuruşmasıda onun üçün çətinliklər yaradır. Bir müddət əvvəl öz biznesinin rekonstruksiyasına başlayan FedEx, Amazon şirkəti ilə müqaviləsinin də müddəti bitmişdir. Bu müqavilədən sonra şirkət artıq 7 gün ərzində evlərə çatdırılma və ABŞ poçt təşkilatının paketlədiyi sifarişləri özlərinin paketləməsi haqda planlarını açıqlamışdı.

Iqtisadi risklərdən əlavə FedEx ticarət müharibəsi zamanı “arada” qalmasıda onlara çətinliklər yaradr. Ağ evin Huawei haqda qərarından sonra şirkətin səhvən Huawei - yə aid paketləri işarələmişdir. Çin höküməti şirkəti “qara siyahıya” salmaq barədə düşünür.

FedEx - in dünya iqtisadiyyatı barədə neqativ proqnozları, investorlara “müdafiə” aktivlərində daha çox mövqe saxlaması anlamına gəlir. Buda fond bazarlarında potensiallı səhmlərin artım sürətini və bazarın risk götürmə qabiliyyətini azaldır. İnvestorlara telekomunikasiya, komunal, səhiyyə sektorlarına olan səhmlərdə müdafiə olunmaq məsləhət görülür. Misal üçün Proctor and Gamble və ya Colgate and Palmalive kimi şirkətlərin səhmlərində mövqe tutmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027