DÜNYA

Fövqəladə sammit işini dayandırıb - SƏBƏB
01 İYUL
74

Fövqəladə sammit işini dayandırıb - SƏBƏB

2019-07-01 13:09:00

Avropa Şurasının rəhbəri Donald Tusk fövqəladə sammitin işini dayandırıb.Fins.az "bloomberg"-ə isttinadən məlumat verir ki, buna səbəb Avropa Birliyi liderlərinin Avropa Komissiyasının rəhbərini seçə bilməmələridir.

Bunu öz Tvitter səhifəsində Avropa Şurasının rəhbəri Donald Tuskun rəsmi nümayəndəsi Preben Aman yazıb.

Məlumata görə, AB liderləri Avropa Komissiyasının rəhbərliyinə namizədlər arasında seçim edərkən fikir ayrılığı yaşayıblar. Aman Tuskun bundan sonra AB liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə bir sıra AB liderləri sosial demokrat Frans Timmermansın Avropa Komissiyasının rəhbəri seçilməsinə qarşı çıxıblar. Buna səbəb kimi Timmermansın Mərkəzi və Şərqi Avropa dövlətlərini təhdid etməsi olub. Belə ki, Timmermans bu dövlətlərin miqrantları qəbul etməyəcəyi halda onlarla sərhədlərin bərpa olunacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027