DÜNYA

ABŞ hərbçiləri ürək döyüntüsü vasitəsilə insanları təyin etməyi bacaran cihaz əldə ediblər
01 İYUL
79

ABŞ hərbçiləri ürək döyüntüsü vasitəsilə insanları təyin etməyi bacaran cihaz əldə ediblər

2019-07-01 11:51:00

  ABŞ-ın milli təhlükəsizlik nazirliyi insanları ürək döyüntülərinə əsasən təyin etməyə imkan verən cihaz əldə edib. Sözgüedən cihaz Jetson adını əldə edib. Pentaqon həmin cihazın istehsalçısının adını çəkmir. Bu barədə MIT Technology Review saytına istinadən Vc.ru saytı xəbər verib.Fins.az-ıbn məlumatına görə sözügedən cihaz infraqırmızı lazer vasitəsilə insanın ürək döyüntüsünün sürətini analiz edir və həmin insanın kimliyini təyin edir.

    Qeyd etmək lazımdır ki, hər bir insanın ürək döyüntüsü sürəti fərqlidir. Bu isə saxtalaşdırma imkanının yüksək olduğu üz və barmaq izi skanı texnologiyasından daha etibarlıdır. Jetson 200 metr məsafədə çalışa və yüngül paltar geyinmiş insanın kimliyini təyin edə bilir. Analiz üçün cihaza 30 saniyə vaxt lazım olur. Lakin bu halda analiz olunan insan tamamilə hərəkətsiz şəkildə dayanmalıdır.

    Cihazın təyin nəticəsinin dəqiqliyi 95% təşkil edir. Bununla belə cihaz yalnız o adamları təyin edə bilir hansıların ki, ürək döyüntüləri nəticələri məlumatlar bazasında var. MIT Technology Review saytı qeyd edir ki, bu texnologiya digər sahələrdə də faydalı ola bilər. Məsələn həkimlər insan bədəninə toxunmadan onun ürək göstəricilərini müşahidə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027