DÜNYA

Çin Rusiyadan çirkli neft almaqdan imtina edir
01 İYUL
95

Çin Rusiyadan çirkli neft almaqdan imtina edir

2019-07-01 09:55:00

Çin Rusiyadan “Dostluq” boru kəmərinə düşən xloridlərlə çirklənmiş neft almaqdan imtina edir. Xam malın tərkibindəki xlorid rus standartlarını üstələyirsə, Çinin gömrük orqanları alıcıların həmin nefti əldə etməsinə qadağa qoyub. Fins.az bu barədə  “Reuters” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, bir neçə partiyada qeyd edilən göstərici icazə verilən həddən 10-20 dəfə çox olub. Nəticədə dünyanın ən böyük neft-treyderi, İsveç-Niderland şirkəti “Vitol” tankerləri Avropa və Cənub-Şərqi Asiyaya geri qaytarmaq məcburiyyətində qalıb. Beynəlxalq “Glencore” treyderi də analoji addım atıb. “Reuters” agentliyinin məlumatına əsasən ümumi 500 milyon dollar məbləğində bir milyon tondan çox neftə hələ də alıcı tapılmayıb.

Xatırladaq ki, “Dostluq” boru kəməri Avropa Birliyinə üzv olan səkkiz ölkənin ərazisindən keçir və dünyanın ən uzun boru kəməri hesab edilir. Aprelin sonunda bu marşrutla nəql edilən neftdə yüksək miqdarda xlorid birləşmələr aşkarlanıb. Belarus rus neftinin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsi səbəbilə neft məhsullarının (benzin və dinzel yanacağı) Ukrayna, Polşa və Baltikyanı ölkələrə ixracını dayandırıb. “Dostluq” boru kəməri ilə rus neftinin Almaniyaya tədarükü iyunun 16-dan 17-nə keçən gecə bərpa edilib. Ancaq marşrut hələ tam istifadəyə verilməyib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027