DÜNYA

Trampın iqtisadiyyat üzrə köməkçisindən faiz endirimi ilə bağlı açıqlama
01 İYUL
87

Trampın iqtisadiyyat üzrə köməkçisindən faiz endirimi ilə bağlı açıqlama

2019-07-01 09:51:00

 Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, Ağ Evin iqtisadi müşaviri Larry Kudlow keçən həftə "Fox News"a verdiyi müsahibəsində, "Bazarlar "FED-ə faizi aşağı sal, Dekabrda artırdığın faizi geri götür" kimi çox aydın bir mesaj verir" deyib. Kudlow, "Bu təkcə mənim mesajım, Prezidentin mesajı deyil, eyni zamanda bazarların mesajıdır. Mən də bazarlarla eyni fikirdəyəm və Fed-in faiz endirimi edəcəyini hesab edirəm", -şəklində danışıb.

 FED-in İyul ayında faizi 78 faiz ehtimalla 25 bənd, 22% ehtimalla 50 bənd aşağı salacağı gözlənilir.FED sədri Jerome Pauell bir neçə gün öncə çıxışında, "Aşağı istiqamətli bir sürpriz olsa, bizi inkişafın sürətinin azaldığı və FED-in iqtisadi inkişafı dəstəkləmək üçün qısamüddətli faizləri yenidən sıfıra endirmək məcburiyyətində qalacağı bir ssenariyə yaxınlaşdırır",- ifadələrini işlətmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027