DÜNYA

ABŞ bu xərclərin hesabına 1,2 trilyon dollara qənaət edə bilər
30 İYUN
124

ABŞ bu xərclərin hesabına 1,2 trilyon dollara qənaət edə bilər

2019-06-30 20:28:00

Yaxın 10 il ərzində ABŞ müdafiə xərcləri hesabına 1,2 trilyon dollara qənaət edə bilər. Fins.az-ın məlumatına görə, bunu amerikalı analitiklər bildiriblər və qeyd ediblər ki, Rusiya və Çin ABŞ üçün təhlükə törətmirlər, yalnız öz sərhədlərinin müdafiəsi ilə məşğuldurlar. ABŞ-da fəaliyyət göstərən Beynəlxalq siyasət mərkəzinin məruzəsinə əsasən, Amerika ordusunda hərbçilərin sayının azaldılması, xarici ölkələrdə bəzi hərbi bazalardan imtina, hərbi münaqişələrdə iştirakdan çəkinmə və nüvə silahının modernləşdirilməsinin ləğvi təklif edilir. Qeyd olunur ki, hazırda ABŞ-ın və onun avropalı müttəfiqlərinin müdafiə xərcləri Rusiya və Çinin ümumilikdə müdafiə xərclərini 3 dəfə üstələyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027