DÜNYA

Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib
15 İYUN
195

Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib

2019-06-15 19:23:00

Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.

Fins.az xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Mihay Poalelunj bildirib.

Qeyd olunur ki, söhbət parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlardan gedir.

Bundan əlavə, Zinaida Qreçanının parlamentin sədri təyin edilməsi və Maya Sandunun formalaşdırdığı hökumətin qanunsuz olması barədə əvvəlki qərarlar ləğv edilib.

Məhkəmə sədrinin sözlərinə görə, bunlar yekun qərarlardır.

© Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır