DÜNYA

Sindzo Abe İrana səfərinin əsil məqsədini açıqladı
12 İYUN
201

Sindzo Abe İrana səfərinin əsil məqsədini açıqladı

2019-06-12 17:38:00

Yaponiyanın Baş naziri Sindzo Abenin son 41 ildə ilk dəfə İrana səfərinin əsl məqsədi İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xameneini iyun ayında Osaka şəhərində keçiriləcək "Böyük iyirmilik" (G20) sammitinə gətirmək və onun ABŞ Prezidenti Donald Tramp ilə danışıqlarını təşkil etməkdir. Fins.az-ın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu görüş baş tutarsa, ən əhəmiyyətli siyasi hadisə olacaq.

O qeyd edib ki, son 41 il ərzində ilk dəfə baş tutan səfərin belə tələsik hazırlanması da məhz bununla bağlıdır.Yaponiya Baş naziri Sindzo Abenin İrana səfəri iyunun 12-dən14-dək davam edəcək. Tehrana gəldikdən sonra baş nazir ölkə Prezidenti Həsən Ruhani, cümə axşamı isə Əli Xamenei ilə görüş keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır