DÜNYA

Amerika iqtisadiyyatının "kirli" sirri
12 İYUN
112

Amerika iqtisadiyyatının "kirli" sirri

2019-06-12 16:05:00

Ötən il ABŞ iqtisadiyyatında 2,9% artım qeydə alınıb. Halbuki avrozonada bu göstərici sadəcə 1,8% təşkil edib. Fins.az-ın məlumatına görə, bu da prezident Donald Trampın qarşıdurma tərzli rəhbərliyinə əminliyini artırıb. Ancaq qalan ölkələrdə ətalət fonunda ABŞ iqtisadiyyatında nisbətən güclü artım tempi iqtisadiyyat dərsliklərindən standart proqnozlara uyğun gəlmir. Prezident oğul Corc Buşun (George Bush) dövründə  iqtisadi siyasət üzrə direktor postunu tutan, “Tiger” hec-fondunun icraçı direktoru Todd Buxholts (Todd Buchholz) “Project Syndicate” üçün bu məsələni araşdırır.

ABŞ-ın on illik büdcə istiqrazları üzrə gəlir səviyyəsi 2,13%-ə çatıb, aprel ayında “Netflix” xidməti cəmi 5,4%-lik faiz dərəcəsi ilə “zibil istiqrazları” buraxıb.

Əgər Rip Van Vinkl (Rip Van Winkle) kimi illər uzunu yatıb qalan iqtisadçı bu gün qəfildən yuxudan ayılıb sadəcə bu rəqəmləri görsəydi, onda belə qərara gələrdi ki, Amerika əhalisinin təxminən 20%-i işsizlikdən əziyyət çəkir, pulsuz şorba növbəsində dayanır. Hazırda ABŞ-da işsizlik ən aşağı səviyyədədir.

Son dərəcə aşağı faiz dərəcələri və zəif inflyasiya tempi Amerika iqtisadiyyatına çoxlu fayda gətirir. Nəhayət onilliklər boyu davam edən durğunluq dövründən sonra (inflyasiyanı nəzərə almaqla) real əmək haqları artan amerikalı istehlakçılara müxtəlif əlverişli sazişlər təklif edilməyə başlayıb. Bundan başqa, ABŞ-ın fond bazarı ona görə bu qədər böyüyüb ki, bank sertifikat depozitləri (CD) üzrə gəlirlilik səviyyəsi son dərəcə zəif görünür.

Məsələn 1970-ci illərdə pulu banka yerləşdirən vətəndaşə 6% dəyərində gəlir və hədiyyə də əldə etmək olurdu. Bu gün isə altı aylıq bank sertifikat depozitləri sadəcə 3% gəlir gəlirir. 

Nəhayət, aşağı faiz dərəcələri o deməkdir ki, Amerika müəssisələri avadanlıq alan zaman demək olar pulsuz maliyyə yardımı əldə etmək imkanı qazanır. Borc xərclərinin aşağı olması və yeni vergi tutulmaları sayəsində ötən il Amerika iqtisadiyyatı maşınqayırma sahəsinə 215 min yeni iş yeri əlavə edib. Xarici investorlar isə başa düşür ki, yeni avadanlıq Amerika şirkətlərinin rəqabət qabiliyyətini daha da artıracaq.

Əlbəttə, dərsliklər iddia edir ki, dünya iqtisadiyyatındakı ətalət Amerika ixracını məhdudlaşdıracaq. Doğrudur, xüsusilə Çinin Amerika məhsullarına tətbiq etdiyi yeni rüsumları və xaricdə Amerika ixracının dəyərini artıran dolların möhkəmlənməsini nəzərə alsaq.

Lakin Amerika iqtisadiyyatının sadəcə 12%-i ixracın payına düşür və bu ixracın üçdə bir hissəsi Kanada ilə Meksikaya tədarük edilir. Onların iqtisadi vəziyyəti isə normal haldadır. Bundan başqa, Amerika ixracının ən dəyərli predmetlərinin çoxu “məcburi” istifadə obyektləridir. Məsələn, “Boeing” təyyarələri, “Qualcomm” çipləri, ya da “Apple” şirkətinin ayfonları. Hətta təngə gəlmiş fransızlar və qəribsəməyə başlayan almanlar da bu məhsullarsız keçinə bilmirlər.

Məqalədə deyilir ki, Amerika iqtisadiyyatının şən əhval-ruhiyyəsi başqa ölkələrdə siyasətçiləri narahat edir. Onlar istəyirlər ki, ABŞ da onlarla yanaşı ləngisin və birlikdə qlobal iqtisadi artım tempini yüksəltməyin yollarını axtarmaq məcburiyyətində qalsın. Bunun yerinə Tramp ticarət sazişlərinə pozitiv deyil, neqativ münasibət bəsləyir, Amerika iqtisadiyyatının xaricdəki problemlərdən əldə etdiyi gəliri böyük məmnuniyyətlə cibinə qoyur.

Əlbəttə, heç kim Trampın bu kəskin ticarət siyasətinin nə zaman başa çatacağını bilmir. İnflyasiya uzaq kabus kimi qalmağa davam etdikcə Amerika iqtisadiyyatı bu cür qeyri-adi artım tempindən zövq alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263