DÜNYA

Telegramın kriptovalyutası Liquid birjasında ticarət olunacaq
12 İYUN
71

Telegramın kriptovalyutası Liquid birjasında ticarət olunacaq

2019-06-12 15:45:00

Telegram messengerin tokenləri Liquid birjasında məhdud sayda satışa çıxacaq. Bazar iştirakçıları kriptovalyutanı oktyabr ayından sərbəst ticarət edə bilərlər. Fins.az-ın məlumatına görə,"Distributer" qismində isə Cənubi Koreyanın Gram Asia şirkəti çıxış edəcək. Bu şirkət Asiyada Gram tokenlərinin ən böyük payçılarından biridir.İyul ayında bazara nə qədər və hansı qiymətdən kriptovalyuta təqdim olunacaq hələlik məlum deyil. 

Yeni tokenlərin alıcıları KYC prosedurunu keçməli olacaqlar. Bu etapdan sonra onları tiarət etmək mümkün olmayacaq çünki məhdud sayda təklif olunacaq. Bundan başqa valyutanı ABŞ, Cənubi Koreya, Yaponiya və digər ölkələrin investorları ala bilməyəcək.

Tokenlərin bütövlükdə relizi oktyabr ayında təqdim olunacaq. İyul ayında əldə olunan kapital isə USDC steyblokeində saxlanılacaq. Bu prosesi Fyuçers kontraktınada oxşatmaq olar beləki indi alınan aktiv ancaq oktyabr ayında realizə olunacaq. Tokenlərin paylanması prosesi 4 mərhələdən ibarət olacaq və hər üç aydan bir tokenlərin bərabər sayda paylanması nəzərdə tutuıub. 

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263