DÜNYA

17 Nadir Metal - Ticarət müharibəsinin axarını dəyişə bilərmi?
12 İYUN
97

17 Nadir Metal - Ticarət müharibəsinin axarını dəyişə bilərmi?

2019-06-12 15:36:00

Fins.az-ın məlumatına görə,  ABŞ-Çin arasında davam edən ticarət savaşının axarını 17 nadir metal dəyişəcək.Mendeleyev Elementlər cədvəlinin sonlarında olan bu 17 Nadir metal (Scandium, Lathanum,Cerium, YTTrium və s.) son zamanlar sənayedə geniş istifadə edilir;

Neodymium, terbium and dysprosium telefonlarda silkələnmə (vibration) funkiyası yaradılan zamanı, terbium and dysprosium isə ekranlarda rənglərin alınması zamanı istifadə edilir.

Həmçinin neodymium dəmir və bor ilə birləşdikdə sabit maqnit alınır ki, bu da TESLA 3 avtomobillərinin motorlarında istifadə edilir. 

Eyni zamanda  tibbi avadanlıqlarda (X-ray və xərçəng terapiya avadanlıqıları), hərbi müdafiə qurğularında (F-35 qırıcılarının mühərriklərində), Nüvə baterayalarında və reaktor çubuqlarında, Laser, TV və komyuter monitorlarında və s. istifadə sahələrini göstərmək olar. Bu metallar göstərilən avadanlıqların çəkisinin və  emissiyalarının azaldılmasında, surətlərinin və effektivliyinin artmasında önəmli rol oynamaqdadır. Bu metallarda olan istiliyə davamlılıq , maqnetiklik və fosforik xüsusiyyətlərin digər elementlərdə olmaması onların cəlbediciliyini artırır.

Çin bu metalların ehtiyatının, emalının və ixracının (90%) açıq aşkar lideridir. ABŞ Geoloji Araşdırmalarına əsasən dünyada 140 mln ton olan nadir element yatağının 61 mln tonu Çində yerləşməkdədir. Dünyanın bir çox yerlərində olsa da, çıxarılmasının, istehsalının və emalının baha başa gəlməsi və prosesin zərərli olması bir çox ölkələri buraya yatırım etməkdən çəkindirir. Çinin əsas alıcısı olan ABŞ bu məhsulların 92%-ni öz ”mehriban düşmən”indən idxal etməkdədir. Emal prosesinin zərərli olmasından ötrü hətta ABŞ belə Californiyadakı San Bernardino yatağından çıxardığı nadir metalları emal üçün Çinə göndərir.

Tramp tərəfindən Çin mallarına tətbiq edilən tariflərdən sonra Çin də öz “kartlarını oynamaqdadır”. Çin bu malların ixracını məhdudlaşdıracağı ilə bağlı ABŞ-ı hədələməkdədir. Hətta Prezident Xi Jinping’in ötən həftə nadir metal olan yataqları ziyarət etməsi belə bu savaşda gözdağı vermək kimi şərh edilir. Və bu onların ixrac məhtudlaşdırması ilə bağlı ilk hərəkətləri deyil. 2010-cu ildə ixracı məhdudlaşdırmaqla bu metalların qiymətinin 10% artmasına səbəb olub.. Sonradan Avropa İttifaqının məsələyə daxil olması və Çinin Dünya Ticarət Təşkilatına giriş prosesində bu məhtudiyyət aradan qalxıb.

Çinin bu bazardakı hegemonluğunun çox davam etməyəcəyi ehtimal edilir. Çünki ötən il Yaponiyanın Minamitori adasında 16 mln tonluq yataq kəşf edilmişdir.  Çindən əlavə bu bazarda Hindistan, Avstraliya , Rusiya kimi ölkələr mövcuddur. Amma onların tək başına ABŞ ehtiyacını qarşılaya biləcəyini isə gələcək göstərəcək. Amma yuxarıda qeyd etdiyimiz kimi kapital və əmək tutumlu proses olması səbəbindən hər kəs buraya yatırım etmir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263