DÜNYA

Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İYUN
120

Tokayev Qazaxıstan prezidenti kimi and içib

2019-06-12 10:26:00

Qazaxıstanda keçirilmiş prezident seçkilərini qazanan Kasım-Jomart Tokayevin andiçimə mərasimi keçirilib və o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Qazaxıstanda sayca 9-cu prezident seçkiləri bu il iyunun 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" Partiyasından namizədliyi irəli sürülmüş Tokayev 70,96% səslə seçkilərdə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır