DÜNYA

Tramp Kim Çen Indan “çox isti” məktub alıb
11 İYUN
192

Tramp Kim Çen Indan “çox isti” məktub alıb

2019-06-11 22:40:00

ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In növbəti dəfə görüşə bilər. Fins.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlər qarşısında çıxış edən Donald Tramp deyib. O, görüş yeri və vaxtını dəqiqləşdirməsə də, “tezliklə” baş tutacağını qeyd edib. “O, sözünü tutdu... Bu, mənim üçün çox vacibdir”, - deyə Tramp əlavə edib. Ağ Ev başçısı Kim Çen Indan “çox isti” məktub aldığını bildirib və təkrar edib ki, onların çox yaaxşı münasibətləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır