DÜNYA

Prezidentin inauqurasiyası xarici qonaqlar olmadan keçiriləcək
11 İYUN
156

Prezidentin inauqurasiyası xarici qonaqlar olmadan keçiriləcək

2019-06-11 15:39:00

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi xarici qonaqlar olmadan keçiriləcək.

Fins.az Report-a  istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Kurmanqali bildirib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov isə, öz növbəsində, qeyd edib ki, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpus mərasimə dəvət olunub.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti iyunun 12-də paytaxt Nur-Sultan şəhərində and içəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır