DÜNYA

İrandan Fars körfəzi ölkələrinə maraqlı çağırış
27 MAY
549

İrandan Fars körfəzi ölkələrinə maraqlı çağırış

2019-05-27 05:39:00

İran Fars körfəzindəki bütün qonşu ölkələrə hücum etməməklə bağlı müqavilə imzalamağı təklif edib. Fins.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyanat verib. “İran bütün Fars körfəzi ölkələri ilə balanslaşdırılmış əlaqələr qurmaq istəyir” deyə nazir əlavə edib. Lakin Zərif sazişin detalları ilə bağlı heç bir məlumat verməyib. Nazir onu qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdəki fəaliyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır