DÜNYA

Dollar sürətlə ucuzlaşır – QİYMƏTLƏR
29 İYUN 2017
4371

Dollar sürətlə ucuzlaşır – QİYMƏTLƏR

2017-06-29 09:22:00

Avro, ilin əvvəlində çox az ehtimal edilən yüksəlişini davam etdirir.

Siyasi risklərin azalması və pul siyasətinin aydınlaşması ilə əlaqədar olaraq Avro bahalaşır. Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi deflyasiya risklərinin azaldığına işarə edib. Bank, monetar təşviqi (qiymətli kağız alışını) azalda və faiz dərəcələrini qaldırmağa başlaya bilər. Bu da Avronun bahalaşması ilə nəticələnir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tarump-a olan etimadın azalması Dolları zəiflədir. Məsələn, ABŞ-da səhiyyə islahatı səsverməsinin təxirə salınması  Dolları G-10 pullarının hamısı qarşısında dəyərdən düşməsinə səbəb oldu. Təxirsalma ilə, Trump hökumətinin gücünə dair şübhələri artıb. Tramp söz verdiyi siyasətləri həyata keçirməkdə çətinliklər ilə üzləşə bilər. Hər bir islahat üçün Senatın razılışığını almaq lazımdır. 

Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə,  Avro/dollar məzənnəsi 0.25 faiz qalxaraq 1.1406 səviyyəsinə çıxıb. İlin əvvəlindən bəri Avro Dollar qarşısında 9%-ə yaxın dəyər qazanıb. Son 3 gündə Avro 2,5% bahalaşıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır