DÜNYA

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
23 İYUN 2017
487

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

2017-06-23 09:50:00

Avropa Birliyi (AB), Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarı verib.

Fins.az xəbər verir ki, AB sədri Donald Tusk, Rusiyanın Ukraynada stabilliyi pozması səbəbindən tətbiq etməkdə olduqları iqtisadi sanksiyaların uzadılmasına qərar verildiyini bildirib.

Donald Tusk  "Twitter" mesajında, "Razılıq əldə olunub. Rusiyanın Minsk Müqaviləsini həyata keçirməkdə çatışmazlığı səbəbindən AB iqtisadi sanksiyaları uzadacaq", - ifadələrini istifadə edib. 

Rusiya, 18 Mart 2014-cü ildə Krım Muxtar Respublikanı və Sivastopol şəhərini qeyri-qanuni ilhaq etmişdi. Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində çıxan hadisələrdən sonra Avropa Birliyi, ABŞ və bəzi ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başlamışdı.

AB, Rusiyaya iqtisadi sanksiyalar qərarını ilk olaraq 2014-ci ildə vermişdi. Uzadılan iqtisadi sanksiyalara əsasən AB üzvü olan 28 ölkə, Rusiyaya silah satışı aparmır. Sanksiyalarla, Rusiyanın neft və qaz sektorlarında istifadə olunan bəzi texnologiyaları AB ölkələrindən alması məhdudlaşdırır. Həmçinin Rusiyanın dövlət bankları Avropada maliyyə sektorundan xaric olunur.

Xüsusən ticarət və investisiyalara qarşı məhdudiyyətləri əhatə edən sanksiyalar, hər 6 ayda bir uzadılır. Mövcud sanksiyaların müddəti 31 İyul 2017-ci ildə sona çatacaq.

AB-nin vəsaitlərin dondurulmasını və səyahət qadağasını nəzərdə tutan əlavə sanksiyaları da bir çox Rusiya və separatçı rəhbərləri əhatə edir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır