BÜDCƏ

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi müəyyənləşib
07 OKTYABR
178

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi müəyyənləşib

2019-10-07 18:01:00

Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib. 

Fins.az-ın məlumatına görə, iclasın gündəliyinə 13 məsələ daxildir. 

İclasda “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 3-ci oxunuşda, “Yerin təki haqqında“, “ Qaz təchizatı haqqında” və s. dəyişiklik layihələri 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır