BÜDCƏ

Gələn ilin büdcəsi Nazirlər Kabinetində müzakirə edilib
24 SENTYABR
306

Gələn ilin büdcəsi Nazirlər Kabinetində müzakirə edilib

2019-09-24 12:22:00

Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunacaq.

İclasda Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin məruzələri dinlənilib.

İclasda gündəlikdəki məsələ ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumi daxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumi daxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard manat, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır