BÜDCƏ

“Azərsu”yun xalis zərəri 6% azalıb
01 AVQUST
74

“Azərsu”yun xalis zərəri 6% azalıb

2019-08-01 10:21:00

"Azərsu" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 918,625 milyon manat təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 32,3% çoxdur.

2018-ci ildə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 7,4% azalaraq 699,766 milyon manata düşüb, cəmi kapitalındakı 61,36 milyon manatlıq çatışmazlıq isə 218,849 milyon manat kapitalla əvəz olunub.

Ötən il "Azərsu"nun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 176,715 milyon manat (əvvəlki ilə nisbətən 6,6% çox), satışlarının maya dəyəri 92,937 milyon manat (8,4% çox), inzibati xərcləri 22,989 milyon manat (26,4% az), satış və paylanma xərcləri 76,102 milyon manat (14% çox), digər əməliyyat xərcləri 492,876 milyon manat (13,1% az), məzənnə fərqindən gəlirləri 5,007milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 26,3 milyon manat (68,6% az), maliyyə xərcləri 2,25 milyon manat (37,05% az) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 479,132 milyon manat olub ki, bu da illlik müqayisədə 5,7% azdır.

2018-ci ildə "Azərsu" 2017-ci ilə nisbətən 6,6 dəfə çox – 1,069 milyon manat mənfəət vergisi ödəyib və ötən ili 480,201 milyon manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 5,5% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257