BÜDCƏ

Azərbaycanın müdafiə xərcləri 8,4 faiz artıb
20 MAY
168

Azərbaycanın müdafiə xərcləri 8,4 faiz artıb

2019-05-20 12:24:00

Azərbaycanın 2018-ci ildə müdafiə xərcləri 2 milyard 842 milyon 681,9 min manat olub.

Fins.az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Beləliklə, keçən il dövlət büdcəsində müdafiə xərcləri üçün proqnozlaşdırılan məbləğ 2 milyard 855 milyon 942 min manat olsa da, bu sahədə xərclər 13 milyon 260.1 min manat, yəni 0,5 faiz az olub.

Keçən il müdafiə xərcləri 2017-ci illə müqayisədə isə 221 milyon 416,8 min manat, yəni 8.4 faiz çox olub. 2017-ci ildə müdafiə xərcləri üçün 2 milyard 621 milyon 265,1 min manat xərclənib.

© ONA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır