BÜDCƏ

Dövlət büdcəsində 404 milyon manatlıq qalıq yaranıb
18 APREL
480

Dövlət büdcəsində 404 milyon manatlıq qalıq yaranıb

2019-04-18 10:52:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 milyard 439,7 milyon manat, xərcləri isə 5 milyard 35,9 milyon manat təşkil edib.

Fins.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,2% və 14,2% çoxdur.

Son nəticədə büdcədə 403,8 milyon manatlıq qalıq yaranıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır