BÜDCƏ

SOCAR büdcəyə ödənişləri 18,8% azaldıb
11 NOYABR 2015
1577

SOCAR büdcəyə ödənişləri 18,8% azaldıb

2015-11-11 13:00:00

Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 31 min manat vəsait ödəyib. Fins.az-ın məlumatına görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 10,3% azdır. Şirkətin 2015-ci ilin yanvar-oktyabr aylarında büdcə ödənişləri isə 18,8% azalaraq 1 milyard 271 milyon 276 min manat olub.

DSMF ödənişləri də azalıb

SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri də azaldıb. Belə ki, ötən ay şirkət Fonda 11 milyon 194 min manat vəsait köçürüb ki, bu da 2014-cü ilin ilin oktyabr ayı ilə müqayisədə 1,5% azdır. SOCAR 2015-ci ilin yanvar-oktyabr aylarında DSMF ödənişləri isə 2,9% azalaraq 118 milyon 916 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır