BİZNES

Nazirdən Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi barədə AÇIQLAMA
09 OKTYABR
61

Nazirdən Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi barədə AÇIQLAMA

2019-10-09 12:17:00

Cari ilin 8 ayında Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11% artıb.

 Fins.az xəbər verir ki, Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 faiz artaraq təxminən 221 milyon ABŞ dollarına yaxın olub: "2018-ci ildə ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11 faiz artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır