BİZNES

Gömrük Komitəsinin büdəcəyə daxil etdiyi vəsaitin miqdarı açıqlanıb- MƏBLƏĞ
09 OKTYABR
80

Gömrük Komitəsinin büdəcəyə daxil etdiyi vəsaitin miqdarı açıqlanıb- MƏBLƏĞ

2019-10-09 10:14:00

2019-cu ilin sentryabr ayında Dövlət Gömrük Komitəsi  dövlət büdcəsinə 376,759 milyon manat vergi və rüsum daxil olub. Fins.az-ın məlumatına görə,  bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,348 milyon manat və ya 14,4% çoxdur.

Dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 27,439 milyon manat və yaxud 35,4% artaraq 104,87 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 20,953 milyon manat və yaxud 9,1% artaraq 251,628 milyon manat, aksizlər 1,413 milyon manat və yaxud 7,8% azalaraq 16,789 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 368 min manat və yaxud 11,9% artaraq 3,471 milyon manat təşkil edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır