BİZNES

“Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan iclas
08 OKTYABR
85

“Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan iclas

2019-10-08 09:55:00

 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunan 5-ci regional iclas öz işinə başlayıb.

Fins.az xəbər verir ki, OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal Əlaqələr və İnkişaf Şöbəsinin rəhbəri Ben Dikinson açaraq iştirakçıları salamlayıb və 5-ci regional iclasın keçirilməsinin əsas məqsədinin BEPS layihəsinin Avrasiya ölkələrində tətbiqi prosesinin müzakirəsi olduğunu qeyd edib. Qeyd olunub ki, “İyirmilər qrupu” (G20) və OECD tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” layihəsi hazırlanıb. Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur. OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən bu kimi tədbirlər Avrasiya ölkələrinin mütəxəssisləri üçün səmərəli platformaya çevrilib. Hazırda bu layihəyə 134 ölkə qoşulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır