BİZNES

25 il ərzində Azərbaycana yatırılan investisiyanın miqdarı AÇIQLANIB
22 SENTYABR
259

25 il ərzində Azərbaycana yatırılan investisiyanın miqdarı AÇIQLANIB

2019-09-22 19:28:00

Xəzərin Azərbaycən sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda Hasilatın Pay Bölgüsü üzrə Sazişin ("Əsrin müqaviləsi") imzalanmasından indiyədək (25 il ərzində) Azərbaycana təqribən 265 mlrd. ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 mlrd. dollar həcmində investisiya qoyulub. SOCAR-dan verilən məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ötən dövr AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 mlrd. dolları keçib: "Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış "Azəri-Çıraq-Günəşli" yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Sazişin – "Əsrin müqaviləsi"nin 25-ci ildönümünü qeyd edirik. Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaradıb".

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, AÇG-nin 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir. Bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür: "1994-cü ildən bəri bu müqavilə çərçivəsində əldə olunanlar möhtəşəmdir. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlanmışdır.

Bu nailiyyətlərin bir səbəbi də AÇG çərçivəsində qurulan çox uğurlu əməkdaşlıqdır. Bunun üçün biz Prezident Əliyevə, onun hökumətinə və SOCAR-a borcluyuq. Biz birlikdə əməkdaşlığın nəyə qadir olduğunu göstərdik"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır