BİZNES

Nazir Şamaxıda vətəndaşları qəbul edəcək
18 SENTYABR
140

Nazir Şamaxıda vətəndaşları qəbul edəcək

2019-09-18 17:00:00

Şamaxı, Ağsu və Qobustan rayon sakinlərinin nəzərinə!

Fins.az  xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov 25 sentyabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax yolunun 118-ci km-liyi) Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-23 sentyabr 2019-cu il tarixlərində 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ağsu və Qobustan rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır