BİZNES

Türkiyənin tanınmış iş adamı: "Azərbaycanda nələrsə edə biləcəyimizə qərar verdik" - EKSKLÜZİV
18 SENTYABR
1464

Türkiyənin tanınmış iş adamı: "Azərbaycanda nələrsə edə biləcəyimizə qərar verdik" - EKSKLÜZİV

2019-09-18 16:22:00

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkətinin rəhbəri və təsisçisi Nurcan Babalık Bakıda keçirilən “Bimser Biznes Mükəmməlliyi” yubiley tədbirinə Fins.az-a deyib.  

N.Babalık Azərbaycanda bir çox şirkətlərlə bir araya gələrək danışıqlara başladıqlarını deyib.

“Mənə elə gəlir ki, bu əməkdaşlıq üçün hətta bir az gecikmişik. Mən təxminən, iki il əvvəl “Veysəloğlu” şirkətinin dəvətini alıb, onlara dəstək üçün çalışmağa başlayanda Azərbaycanda niyə müştərimizin olmaması haqqında düşünməyə başlamışdım. Axı biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik. Xaricilərlə işləyirik, amma olmalı olduğumuz əsas yer əslində buradır deyə fikirləşdim. Bundan sonra bir araşdırma etdik və mart ayında istəklərimizi gerçəkləşdirməyə başladıq. Həmin vaxt bir çox şirkətlər bir araya gəldi. Həmin şirkətlərlə danışıqlarımızdan sonra Azərbaycanda nələrsə edə biləcəyimizə və bizə ehtiyacları olacaqlarına qərar verdik. Biz “Veysəloğlu” şirkəti ilə əməkdaşlıq edirik. Onlara dəstək veririk, mütəxəssilərimiz məsləhətlərini verirlər və bir problemləri olduqda Türkiyədən hər cür yardım edirik. Bu şirkət əvvəl “Bimser”in müştərisi idi, onlar bizə yönəldiblər. Bildiyiniz kimi, biz “Bimser”in ortağıyıq. Azərbaycanla ilk tanışlığımız “Veysəloğlu” sayəsində oldu". 

Qeyd edək ki, Bimserin proqram təminatı 20-dən çox ölkəyə ixrac edilib. 2017-ci ildə Nyu-York və Rotterdam şəhərlərində şirkətin yeni ofislərinin açılışı baş tutub.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır