BİZNES

105 mln. manat güzəştli kredit
18 SENTYABR
119

105 mln. manat güzəştli kredit

2019-09-18 12:07:00

Sahibkarlığın İnkişafı Fondu 2019-cu ilin əvvəlindən 105 mln. manat ümumi məbləğdə güzəştli kredit verib. Fins.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyinin məlumat verilir. 

“Ümumilikdə, dəyəri 801 sahibkarlara 105 mln. manat məbləğində güzəştli kredit ayrılıb. Bu kreditlərin 97%-i kiçik və orta sahibkarlara verilib”, - məlumatda qeyd olunur.

Həmçinin, nazilrikdən məlumat verilib ki, bu gün SİF tərəfindən Bakının Suraxanı rayonunda fəaliyyət göstərən sahibkarlara 1,2 mln manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara və mebel istehsalı sahələrinə yönəldiləcək.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır