BİZNES

Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək
17 SENTYABR
159

Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək

2019-09-17 17:46:00

"Türkiyə və Azərbayсan arasında orta vaqon istehsalı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha aktiv istifadə edilməsi barədə birgə qərarlarımız var".

Fins.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.O, deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı ortaq tarifin müəyyənləşdirilməsi, həm də dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması ilə bağlı anlaşma və çalışmalar var: "TUBİTAK (Türkiyə Elmi Texniki Araşdırma Şurası) Azərbaycanda 27 laboratoriya açacaq, bununla bağlı razılaşma əldə olunub. Bu, Azərbaycan iş adamlarının başqa ölkələrlə də ticarətini asanlaşdıracaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır