BİZNES

Rusiyanın Azərbaycana qoyduğu investisiyanın həcmi AÇIQLANIB
12 SENTYABR
69

Rusiyanın Azərbaycana qoyduğu investisiyanın həcmi AÇIQLANIB

2019-09-12 12:56:00

Hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumunda deyib.
Nazir müavini qeyd edib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 faiz artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar həcmində investisiya yatırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır