BİZNES

Kirayə ev yaxud ofis verən şəxslər hansı vergiləri ödəməlidir ?- NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA
11 SENTYABR
442

Kirayə ev yaxud ofis verən şəxslər hansı vergiləri ödəməlidir ?- NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA

2019-09-11 16:12:00

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxs hansı verginin ödəyicisi olmalıdır?

Fins.az xəbər verir ki, suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim olunması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir. Bu təqdimetmədən əldə olunan gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır