BİZNES

Mövcud potensial Azərbaycanın Rusiyaya bir milyon ton meyvə-tərəvəz ixrac etməsinə imkan verir
11 SENTYABR
57

Mövcud potensial Azərbaycanın Rusiyaya bir milyon ton meyvə-tərəvəz ixrac etməsinə imkan verir

2019-09-11 14:58:00

Azərbaycandan Rusiya Federasiyasına meyvə-tərəvəzin ixracını ən azı iki dəfə artırmaq üçün böyük potensial mövcuddur. Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanın meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton məhsul ixrac edib: "Düşünürük ki, mövcud potensial bu göstəricini təxminən 1 mln. tona çatdırmağa imkan verir".

Nazir əlavə edib ki, Yekaterinburq yaxınlığında logistika mərkəzinin yaradılması qeyd olunan göstəriciyə çatmaq istiqamətində atılan bir addım olacaq. Sözügedən mərkəzin (meyvə və tərəvəzin saxlanılması üçün) açılması barədə danışıqlar aparılıb və müvafiq memorandum imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır