BİZNES

Bu sahədə işləyənlərin əmək haqqı 587,7 manat olub
10 SENTYABR
101

Bu sahədə işləyənlərin əmək haqqı 587,7 manat olub

2019-09-10 15:55:00

Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 613,8 min nəfər olub. 

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumatda qeyd olunur ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır