BİZNES

“Gilan Holding” nizamnamə kapitalını artırıb - MƏBLƏĞ
10 SENTYABR
88

“Gilan Holding” nizamnamə kapitalını artırıb - MƏBLƏĞ

2019-09-10 15:29:00

Növbəti dəfə “Gilan Holding”in nizamnamə kapitalı artıb. Fins.az xəbər verir ki, bu barədə holdinq rəsmi məlumat yayımlayıb. Məlumatda bildirlir ki,  “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi 367 milyon 215 min  366 min manat artırılaraq 763 milyon 66 min 44 manata çatdırılıb.

Daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi. "Holdinqin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır. Bunun nəticəsi olaraq, “Gilan Holding” tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır",- məlumatda deyilir.

 

Xəbər verdiyimiz kimi, 2019-cu ilin  iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq 395 milyon 850 min 678 manata çatdırılmışdı. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi. Qısası, şirkətin nizamnamə kapitalı iyunda 373 milyon 668 min 276 manat artırılmışdı.

 

İyun və sonuncu artım ilə birgə “Gilan”a 740 milyon 883 min 642 manat maya qoyulub.

 

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır